Dilimləyin və yatağınızın yanına qoyun: Elə yuxu gətirəcək ki...
Xiyar insan sağlamlığına faydaları ilə tanınır. Tərkibindəki yüksək su tərkibi ilə orqanizminiz üçün faydalı olsa da, gecə yatağınızın yanına qoyduğunuzda tamam fərqli təsir yaradır. Görün 1 xiyar nə edir.
Demedia.az xəbər verir ki, sağlam bir bədən üçün yaxşı bir gecə yuxusu vacibdir. Ancaq çox vaxt stress, müxtəlif sağlamlıq problemləri və bəzən istidən yata bilmirik.
Əvvəlcə yuxunun keyfiyyətini, sonra isə həyat keyfiyyətini pozan pis gecə yuxusu bütün günü mənfi təsir edə biləcək səbəblərdən biridir.
Gecələr yaxşı yata bilmirsinizsə, xiyar köməyinizə gələ bilər. Belə ki, necə?
Sizə izah edəcəyimiz üsul sayəsində gecələr rahat yatıb günə daha çox enerji ilə başlaya bilərsiniz.
Bütün xiyarları nazik dilimlərə kəsin və qaynar su ilə bir qaba qoyun.
Hazırladığınız qabı yatdığınız otağın bir küncünə qoyun. Xiyarın tərkibindəki qida maddələri qaynar suya daxil olduqda, hətta suyun buxarı belə onlarla reaksiya verir. Və otaqda bir ətir yayır.
Aysun / Demedia.az