İsrailin hücumlarından sonra  bu ölkəyə məxsus sursatlar tapılıb



 22:18 07.06.2024     234

Fələstinlilər İsrail ordusunun Qəzza zolağının cənubundakı hücumlarından sonra geridə qoyduğu ABŞ istehsalı olan sursatların qalıqlarını tapıb.

Demedia.az xəbər verir ki,  bu  barədə  xarici KİV məlumat yayıb.

Bildirilib ki, İsrail ordusunun istifadə etdiyi sursatların qalıqları Xan Yunisdə İsrailin hücumları zamanı dağılan evlərin dağıntıları arasında görünüb.

Şəkillərdə üzərində ABŞ və ABŞ Müdafiə Nazirliyinin “DOD” abbreviaturası yazılmış raket və sursat qalıqları var.

Bahadur Seyidov