KİV: Bayden dediklərini başa düşməkdə çətinlik çəkir
Noyabrda ABŞ-da keçiriləcək seçkilərdə yenidən namizəd olmağa hazırlaşan 81 yaşlı ABŞ prezidenti Baydenin psixi sağlamlığı və yaşı tez-tez gündəmdədir.
Demedia.az xəbər verir ki, Baydenin yaşı seçicilər üçün əsas narahatlıq mənbəyi olsa da, “Wall Street Journal” bu kontekstdə aylarla işlədikdən sonra hazırladıqları hesabatı paylaşıb.
Məlumata görə, Baydenlə vaxt keçirən insanlar Baydenin son aylarda çox sakit danışdığını və dediklərini başa düşməkdə çətinlik çəkdiyini bildiriblər.
Qeyd edilib ki, Konqres liderləri ilə Ukraynaya maliyyə ayrılması ilə bağlı danışıqlar zamanı Bayden çox sakit danışdı, dəfələrlə qeydlərinə nəzər saldı və "bəzən gözlərini o qədər uzun müddətə yumdu ki, otaqdakı bəziləri onun yatıb-yatmadığını düşündülər".
Baydenin görüşlərdəki davranışının və təfərrüatlara hakim olmasının günə görə dəyişdiyi bildirilib.
Bahadur Seyidov