Veteran qələbələrini  qeyd etmək istədi, yolda öldü



 22:48 07.06.2024     230

İkinci Dünya Müharibəsi veteranı Robert Persiçitti  bu il Normandiyanın desantının 80 illiyini qeyd etmək üçün Fransaya gedərkən ölüb.

Demedia.az xəbər verir ki, mayın 30-da Avropaya gedən gəmidə fövqəladə vəziyyətlə üzləşdikdən sonra təyyarə ilə Almaniyadakı xəstəxanaya çatdırılan Persiçittinin ertəsi gün 102 yaşında vəfat etdiyi bildirilir.

“Böyük, təvazökar insan” kimi xatırlanan Persiçitti Yaponiyada müttəfiqlərin əməliyyatında iştirak edib.

Bahadur Seyidov