Fələstin tərəfdarları Ağ Evin qarşısında çadır düşərgəsi qurub



 09:42 10.06.2024     254

Vaşinqtonda Qəzzaya dəstək üçün bir araya gələn nümayişçilər Ağ Evin qarşısında çadır düşərgəsi quraraq "səssiz etirazlarını" davam etdirəcəklərini bildiriblər.

Demedia.az xəbər verir ki, Ağ Evin qarşısında toplaşan Fələstin tərəfdarlarından bəziləri Ağ Ev ilə Vaşinqton abidəsi arasındakı ərazidə çoxlu çadırlar qurublar. Çadır düşərgəsində qalan nümayişçilər məqsədlərinin Qəzzada soyqırıma diqqət çəkmək olduğunu və bundan sonra da "səssiz etirazlarını" davam etdirəcəklərini bildiriblər.

Bahadur Seyidov