Meksikada istilər səbəbindən ölənlərin sayı 90-a yüksəlib



 10:12 10.06.2024     277

Meksikada davam edən istilər səbəbindən ölənlərin sayı 90-a yüksəlib.

Demedia.az xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, ölkənin Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi əyalətlərində başda olmaqla rekord temperatur səbəbiylə ölüm halları artır. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, təxminən 2 min adam günvurma səbəbiylə xəstəxanalara müraciət edib. Milli Meteorologiya Xidməti yeni isti dalğasının ölkə daxilində təsirli olacağını açıqlayıb.

Bahadur Seyidov