Aİ İsrailin qaçqınlar düşərgəsinə hücumunu qınadı



 10:42 10.06.2024     310

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, İsrailin Nusayrat qaçqınlar düşərgəsinə hücumlarını şiddətlə qınadıqlarını bildirib.

Demedia.az xəbər verir ki, Borrell sosial media hesabından İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Nusayrat qaçqınlar düşərgəsinə həyata keçirdiyi və 210 nəfərin ölümünə səbəb olan hücumlarla bağlı açıqlama verib. "Qəzzadan dinc əhalinin yeni qətliamına dair gələn xəbərlər dəhşətlidir. Biz bunu ən kəskin şəkildə qınayırıq. Qan gölünə ən qısa zamanda son qoyulmalıdır" deyən Borrell, ABŞ Prezidenti Co Baydenin 3 mərhələli planının daimi atəşkəs üçün yeganə yol olduğunu bildirib.

Bahadur Seyidov