Pakistanda dəhşətli yanğın – 5 uşaq öldü



 11:19 10.06.2024     300

Pakistanın Pəncab əyalətinin Sahival şəhərindəki xəstəxananın uşaq şöbəsində kondisioner sistemində baş verən qısaqapanma nəticəsində yanğın baş verib.

Demedia.az xəbər verir ki, səlahiyyətlilər yanğınla əlaqədar uşaq bölməsinin təxliyə edildiyini açıqlasa da, 5 uşaq həyatını itirib.

Bundan başqa, 74 uşaq isə ailələri və işçiləri tərəfindən xilas edilib.

Bahadur Seyidov