Bu ölkə İsrailə kömür satışını dayandırdı



 12:52 10.06.2024     318

Kolumbiya prezidenti Qustavo Petro verdiyi açıqlamada Qəzza zolağında müharibə davam edərkən ölkəsinin İsrailə kömür ixracını dayandıracağını açıqlayıb.

Demedia.az xəbər verir ki,  bu barədə Petro X öz platformasında yazıb.

O  qeyd edib ki, “soyqırım dayanana qədər İsrailə kömür ixracı dayandırılacaq.

Qeyd edək ki, may ayında Petro baş nazir Benyamin Netanyahu hökumətinin fələstinlilərə qarşı "soyqırım törətdiyini" bəyan etmiş və ölkəsi ilə İsrail arasında diplomatik əlaqələri kəsdiyini açıqlamışdı.

Bahadur Seyidov