Bayden: “Bütün Avropa təhlükədədir”



 14:49 10.06.2024     332

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Putinin Ukraynada dayanmayacağını və bütün Avropanın təhlükədə olduğunu deyib.

Demedia.az xəbər verir ki,  bunu o, Yelisey sarayında  Fransa Prezidenti Emmanuel Makrobnla görüşdə deyib.

“Putin Ukraynada dayanmayacaq. Avropa bütövlükdə təhlükə altındadır və biz buna imkan verməyəcəyik. ABŞ qətiyyətlə Ukraynanın tərəfindədir və bir daha deyirəm, biz geri addım atmayacağıq”.

Makron isə Baydenə təşəkkür edib və "dünyanın bir nömrəli gücünün prezidenti" olduğunu, lakin bunu "avropalıları sevən və hörmət edən bir tərəfdaşın səmimiyyəti ilə" etdiyini bildirib.

Bahadur Seyidov