Gecələr dəmləyib için - Köp probleminiz qalmayacaq - Video



 14:24 10.06.2024     550

Elmi adı Anason olan bu bitki hər birinizin tanıdığı cirə bitkisidir.

Bəli, qiyməti ucuz, faydası saymaqla bitməyən bu bitkinin faydaları nələrdir? Hansı xəstəliklər zamanı bizim köməyimizə çatır? Gəlin bu haqda məlumat verim. Həzm prosesini asanlaşdırır. Qusma, ürəkbulanma, ishal, qarın ağrısı, qaz problemi, spazm yaradan köp, qastrit kimi həzm sistemi narahatlıqlarında orqanizmin köməyinə çatır. Bundan əlavə, iştahartırıcı kimi də məşhurdur. Yatmazdan əvvəl cirə çayı içmək yuxu rejiminin normallaşmasına kömək edir. Bronxit, astma, öskürək zamanı cirə viruslar əleyhinə cəngavər kimi döyüşə girir. Antimikrob xüsusiyyətə malik bitki immuniteti gücləndirir, orqanizmi mikroblardan təmizləyir. İnanclara görə, cirə doğuş prosesini asanlaşdırır, ana südünü artırır. Lakin hamilələr və süd verən analar bitkidən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşsələr, yaxşı olar. Çünki bitki təkibli məhsullar hamiləlik zamanı istifadə olunan dərmanlarla əks təsir göstərə bilir.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az