Uşaqlarda iştahasızlıq, yuxu pozğunluğuna səbəb olur! Vitamin D çatışmazlığı - Video
Yağda həll olan D vitamini (sekosteroid hormonu da, adlandırılır), bitki mənşəli ergosterol (vit-D2) və heyvan mənşəli 7-dehidroxolesteroldan alınan xolekalsiferol (vit-D3) kimi təsnif edilir.
D2 və D3 vitaminləri eyni yolla metabolizə olunur və əvvəlcə qaraciyərdə sitoxrom P450 vasitəsiylə 25- (OH) D3-ə çevrilir, ardından böyrəklərə nəql olunur. D VİTAMİNİ ƏKSİKLİYİ ZAMANI MÜŞAHİDƏ OLUNAN ŞİKAYƏTLƏR: D vitamini çatışmayan insanların şikayətləri əsasən-saç tökülməsi, sümük-əzələ və oynaq ağrıları, həddindən artıq tərləmə, dəri quruluğu, yorğunluq, halsızlıq, depressiv hallar, immun sistemin zəifləməsi, metabolizmanın zəifləməsidir (çəki verə bilməmək).
Demedia.az Pediatr Səidə Əhmədova "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az