"TATU" Hamilə qadınlara zərərlidir? - Video
Qidalanma, həyat tərzi, ətraf mühit, psixologiya – bütün faktorlar dünyaya gələcək körpənin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir.
Bütün bunlardan əlavə ananın öz bədəninə qarşı münasibəti və davranışı da vacib məsələdir. Bir çox qadının bədənə qulluq vasitələri, kosmetik məhsullar düşkünü olduğunu nəzərə alaraq doğulacaq körpə üçün həyati təhlükə daşıması. Hamiləlik müddətində orqanizmdə yeni proseslər meydana gəlir, bədənin tanımadığı əlamətlər hiss edilir. Bir çox hamilədə immunitet, hormon və qan-damar sisteminə təsir edən problemlər meydana gəlir. Bu dəyişikliklər həm qadının, həm də dölün dərisində baş verən patoloji və fizioloji proseslərin başlanğıcı da bilər. Kosmetikaya aludə olan qadınlarda saç tökülməsi, dəri qızartıları, bədəndə şişkinlik və ağırılar da bu əlamətlərdəndir.
Ginekoloq Rəşad Sultan mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Ginekoloq Rəşad Sultan "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.
Rəna İsmayılova / Demedia.az