Gürzə ilanını əlləri ilə tutdular - VİDEO



 21:34 10.06.2024     713

Türkiyədə Kastamonu Taşköprü rayonunda meşə işçiləri tərəfindən buynuzlu gürzə görünüb.

Demedia.az xəbər verir ki, ilanı görən işçilər onu əlləri ilə tutub yenidən təbiətə buraxıblar.

Kastamonun Taşköprü rayonunun Dikten kəndinin Çepiç yaylasında çalışan meşə işçiləri nəsli kəsilməkdə olan və qorunan növlər arasında yer alan buynuzlu gürzəni ağacda görüblər. İşçilər ilanı tutaraq əllərində tutublar. İşçilər ilanı bir müddət araşdırdıqdan sonra onu yenidən təbii mühitinə buraxıblar.

Aysun / Demedia.az