Türkiyədə dəhşətli cinayət: Qapını özü açdı və...



 22:05 10.06.2024     636

İstanbulda maska taxan şübhəlilər bir yaşayış binasının zəngini vuraraq qapını açan şəxsi öldürüblər.

Demedia.az xəbər verir ki, İstanbulun Büyükçekmece qəsəbəsində maska taxan şübhəlilər bir yaşayış binasının zənginə basaraq qapını açan şəxsi güllələyiblər.

Şübhəlilər hücumdan sonra hadisə yerindən qaçarkən, hücumun hədəfi olan Uğur Doğan (30) yaralı olaraq aparıldığı xəstəxanada həyatını itirib.

Hadisə saat 19.30 radələrində Kumburqaz rayonu İmrahor küçəsində baş verib. Küçədəki binanın 2-ci mərtəbəsində yaşayan Uğur Doğan (30) və böyük qardaşı Özgür Doğan evlərində oturarkən, xizək maskası taxan iki nəfər qapının zəngini basıb.

Qapını açan Uğur Doğanla qarşılaşan şübhəlilər yanlarında olan silahla ona atəş açmağa başlayıblar. Hadisədən sonra şübhəlilər motosikletlə qaçarkən, səsləri eşidən qardaşı Özgür Doğan çölə çıxaraq kömək istəyib.

Aysun / Demedia.az