Nəhəng balıq ABŞ sahillərində müşahidə edildi



 10:25 11.06.2024     298

ABŞ-ın Oreqon ştatının sahillərində nadir, nəhəng günəş balığı sahilə çıxıb.

Demedia.az xəbər verir ki, mütəxəssislər heyvanın balıq növünün qeydə alınmış ən böyük nümunəsi ola biləcəyini düşünürlər. Cənub yarımkürəsində yalnız mülayim sularda yaşadığı hesab edilən Mola tecta adlı günəş balığı növlərinin son illərdə ABŞ sahillərində müşahidə edilməsi bu nəzəriyyəni şübhə altına alıb. 2019-cu ildə Kaliforniya sahillərində müşahidə edilən balıq təxminən 130 ildə ilk dəfə Şimal yarımkürəsində görülüb. Daha sonra bir neçə belə hadisə baş versə də, ekspertlər bu heyvanın günəş balığı növü olmadııənı əslində Mola mola adlı balıq olduğunu irəli sürüb.

Bahadur Seyidov