Şimali Koreya sərhəddə səsgücləndiricilər yerləşdirməyə başlayıb
Cənubi Koreya ordusu bildirib ki, Şimali Koreya ilə zibil şarları ilə bağlı gərginlik davam edərkən, Pxenyan administrasiyası təbliğat yayımları üçün sərhəddə səsgücləndiricilər yerləşdirməyə başlayıb.
Demedia.az xəbər verir ki, Cənubi Koreya ordusundan iki ölkə arasındakı zibil şarları gərginliyi ilə bağlı açıqlama verilib.Açıqlamada, yerləşdirilən səsgücləndiricilərin sayı və yeri ilə bağlı məlumat verilməyib. Bəyanatda Şimali Koreya tərəfindən hələlik heç bir yayım edilmədiyi diqqətə çatdırılıb. Qeyd edək ki, Şimali Koreya Cənubi Koreya içərisində zibillər olan yüzlərlə şar göndərib.
Bahadur Seyidov