Şimali Koreya Cənubi Koreyaya içində zibil olan daha 310 şar göndərib



 09:42 11.06.2024     394

Cənubi Koreya Şimali Koreyanın ölkə ərazisinə içində zibil olan daha 310 şar göndərdiyini bildirib.

Demedia.az xəbər verir ki, “Yonhap”ın məlumatına görə, Cənubi Koreya Baş Qərargahının sözçüsü polkovnik Li Sonq Cun Şimali Koreyanın göndərdiyi “zibil şarları” ilə bağlı açıqlama verib. Şimali Koreya tərəfindən təxminən 310 zibil şarının göndərildiyini bildirən Li, bu şarların çoxunun külək səbəbindən Cənubi Koreyaya çatmadığını qeyd edib. Balonların içərisində kağız və plastik olduğunu bildirən Li, heç bir zəhərli maddə aşkar edilmədiyini bildirib."Bizim ordumuz Şimali Koreyanın istənilən təxribatına böyük səslə cavab vermək gücünə malikdir", - Li deyib.

Bahadur Seyidov