BMT Qəzzadakı binaların yarısının dağıldığını açıqladı
Birləşmiş Millətlər Təşkilatı İsrailin irimiqyaslı hücumlarını davam etdirdiyi Qəzza zolağında binaların yarısından çoxunun dağıdıldığını açıqlayıb.
Demedia.az xəbər verir ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi sosial media hesabında Qəzzadakı vəziyyətlə bağlı açıqlama yayıb. Açıqlamada Qəzzada baş verən dağıntıların təsvir olunmaz olduğu vurğulanıb və bölgədəki binaların yarıdan çoxunun dağıldığı qeyd edilib. İsrailin hücumları nəticəsində yaranan dağıntıların aradan qaldırılması üçün illərin lazım olacağı ifadə edilib. Bəyanatda həmçinin Qəzzada atəşkəs çağırışı edilib.
Bahadur Seyidov