Putin Silvaya zəng edib



 09:52 11.06.2024     276

Rusiya Prezidenti Vladimir Putin və Braziliya prezidenti Luiz İnasio Lula da Silva telefonla Ukrayna ətrafındakı vəziyyəti, o cümlədən İsveçrədə keçiriləcək “sülh konfransı”nı müzakirə ediblər.

Demedia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti liderlər arasında baş tutan söhbətdən sonra məlumat yayıb.

Kremldən verilən məlumata görə, Putin Braziliya prezidenti ilə telefonla Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib. Rusiya lideri İsveçrədə keçiriləcək “sülh konfransı” ilə bağlı Rusiya tərəfinin prinsipial yanaşmalarını açıqlayıb.

Braziliya prezidenti Ukraynadakı münaqişənin sülh yolu ilə həlli variantlarının axtarışına töhfə vermək istəyini qeyd edib ki, bu da Braziliya və Çinin birgə təşəbbüsündə öz əksini tapıb.

Bahadur Seyidov