Ailə faciəsi - Arvadını və qızını öldürd
Ankarada dəhşətli hadisə baş verib.
Demedia.az Haberglobal-a istinadən xəbər verir ki, boşanma prosesində olduğu öyrənilən şəxs həyat yoldaşı və qızını öldürdükdən sonra eyni silahla onun başına atəş açıb.
İddiaya görə, Yakup Koca boşanmaqda olan həyat yoldaşı Semiha Koca ilə söhbət etmək üçün onu yaşayış binasının önünə çağırıb. Bundan sonra onlar naməlum səbəbdən mübahisə edib. Mübahisənin böyüməsi nəticəsində Yakup Semihanı və qızı H.K.-nı yanında olan silahla vurub, daha sonra başına atəş açaraq intihara cəhd edib.
Bahadur Seyidov