Hindistanda avtobusa hücum olub, 10 nəfər ölüb



 10:33 11.06.2024     285

Hindistanda silahlı hücuma məruz qalan avtobusun dərəyə yuvarlanması nəticəsində 10 nəfər ölüb, 33 nəfər yaralanıb.

Demedia.az xəbər verir ki,  Hindistanın Cammu və Kəşmir əyalətinin Reasi bölgəsində hinduları məbədə aparan avtobusa silahlı hücum edilib. Polisin verdiyi açıqlamaya görə, hücum nəticəsində avtobus dərəyə yuvarlanıb və sürücü idarəetməni itirib.

Qəza nəticəsində 10 nəfərin öldüyü, 33 nəfərin yaralandığı bildirilib. Hücum edənlərin tutulması üçün Hindistan ordusu və polisi tərəfindən axtarış əməliyyatı başlayıb. Hindistanın baş naziri Narendra Modinin hadisə ilə bağlı məlumatlandırıldığı və yaralılara ən yaxşı müalicənin göstərilməsinə göstəriş verildiyi açıqlanıb.

Qeyd edək ki, Hindistan və Pakistan arasında mübahisələrin olduğu Kəşmir bölgəsində təhlükəsizlik problemləri var.

Bahadur Seyidov