Bu ölkənin 10 milyon insanı  didərgin düşüb



 11:48 11.06.2024     337

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) vətəndaş müharibəsinin davam etdiyi Sudanda məcburi köçkünlərin sayının 10 milyonu keçdiyini bildirib.

Demedia.az xəbər verir ki,  bu barədə BMqT-nin sözçüsü Mohammedali Abunajela Sudandakı köçkünlük böhranı ilə bağlı açıqlama verib.

Münaqişələrin yaşandığı Sudanda məcburi köçkünlərin sayının 10 milyonu keçdiyini qeyd edən Abunajela, “2 milyondan çox sudanlı xaricə, əsasən də qonşu Çad, Cənubi Sudan və Misirə getdi” deyib.

Bahadur Seyidov