İstidən ölənlərin sayı  90-a çatdı



 12:15 11.06.2024     300

Meksikada ilin əvvəlindən təsirli olan istilər nəticəsində ölənlərin sayı 90-a yüksəlib.

Demedia.az xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, ölkənin Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi əyalətlərində başda olmaqla rekord temperatur səbəbiylə ölüm halları artır.

Ölkə üzrə 2024-cü ilin əvvəlindən bəri həddindən artıq istilərdən 90 nəfər ölüb.

Səhiyyə Nazirliyinin son məlumatlarına görə, təkcə mayın 29-dan iyunun 5-dək kəskin istilər səbəbindən 29 nəfər dünyasını dəyişib.

Təxminən 2 min adamın günvurma səbəbiylə xəstəxanalara müraciət etdiyi paylaşıldı.

Bahadur Seyidov