ASPİRİN hamilə qadınlara olmaz?! - Video



 11:41 11.06.2024     422

Alimlərin son tədqiqatlarına görə, aspirin qəbul edən hamilə qadınlar öz övladlarının səhhətini riskə atmış olurlar.

Mütəxəssislər təyin ediblər ki, bu preparat uşaq serebral iflicinin yaranma ehtimalını 2.5 dəfə artırır. Bundan başqa, digər ağrıkəsici preparatların istifadəsi də patologiyalara səbəb ola bilər. Bu nəticələrə alimlər 180000 qadın və onların dünyaya gətirdikləri uşaqların tibbi göstəricilərini təhlil etdikdən sonra gəliblər. Müəyyən edilmişdir ki, 5000-ə yaxın qadın ikinci və üçüncü trimestrdə aspirin qəbul ediblər, daha 5000 qadın ibuprofen və 9000-ə yaxın qadın isə tez-tez parasetamol qəbul ediblər. Müşahidə edilmişdir ki, parasetamol tərkibli dərmanların (əsas komponenti parasetamol olan) qəbulu ikitərəfli uşaq serebral iflicinin inkişaf riskini 30%, birtərəfli uşaq serebral iflicinin inkişaf riskini isə 50% artırır.

Ginekoloq Rəşad Sultan mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Rəşad Sultan "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Rəna İsmayılova / Demedia.az