Dəfnə yarpağı diz və oynaq ağrılarını kəsir - Qoca həkimin məsləhəti - Video



 11:46 11.06.2024     446

Hazırda dünya dəfnə yarpağını ədviyyat kimi qəbul edib. Təzə və ya qurumuş halda istifadə etmək mümkündür.

Acıtəhər dada və heyranedici ətirə malik olan dəfnə yarpağının tərkibi zəngindir. A, C, PP vitamini və B qrupu vitaminləri, həmçinin, kalium, kalsium, maqnium, natrium, fosfor, dəmir, sink kimi elementləri sadalamaq olar. 100 qr dəfnə yarpağı orqanizmin sutkalıq B6 vitamini ehtiyacını ödəyir. Sineol (eucalyptol) və eugenol kimi efir yağları antiseptik funksiyasını yerinə yetirməklə bərabər, revmatizm ağrıları zamanı ağrıkəsici effektinə də malik olurlar. Bundan əlavə, dəfnə yarpağı soyuqdəymə əleyhinə vasitə kimi də məşhurdur. Sineol soyuqdəyməni toxumalardan təmizləmək qabiliyyətinə malikdir. Həmçinin, tənəffüs yollarının təmizlənməsinə kömək edir. Eugenol antibakterial xüsusiyyəti ilə də faydalıdır. Dəfnə yarpağı yuxusuzluq, gərginlik, əsəbilik kimi narahatlıqların aradan qalxmasına da kömək edir. Təkcə qoxusu ilə bu yarpaq insanın sinir sistemini sakitləşdirə bilir. Dəfnə yarpağının sedativ təsiri isə tərkibindəki linalool`dan qaynaqlanır.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.