Dünyanın ən zəhərli ilanı - VİDEO
Dünyanın ən zəhərli ilan növlərindən biri və nəsli kəsilməkdə olan və qorunmağa ehtiyacı olan ilan buynuzlu gürzə Boluda görüntülənib.
Demedia.az xəbər verir ki, dostları ilə At Yaylası bölgəsində motosiklet turuna çıxan təbiətsevər və açıq hava idmanı həvəskarı Ufuk Ak (38) nəsli kəsilməkdə olan və qorunmağa ehtiyacı olan dünyanın ən zəhərli ilan növlərindən olan buynuzlu gürzə ilə qarşılaşıb. Ak və dostları motosikletlərini saxlayıb ilanın yanına gediblər. Ak ilana yaxınlaşaraq mobil telefonu ilə həmin anları lentə alıb.
Ak belə izah edib: "Bu, çox gözəl və kefli bir xatirə idi. 3 dost idik, 2 nəfər ilanın başında idi. Önümüzdən keçərkən dayandıq. Qətiliklə ona zərər vermək istəmədik. Videonu çəkdik. Belə bir ilanın Boluda olduğunu qeyd etmək istədik".
Aysun / Demedia.az