Antalyada park edilmiş cipə ilan girdi -



 23:48 11.06.2024     980

Antalyada park edilmiş cipin içərisinə girən ilanı xilasetmə qrupları çıxarıb.

Demedia.az xəbər verir ki, hadisə Serik rayonu, Yeni Məhəllədə baş verib. Maşına minmək istəyən cip sahibi ilanı görüb və dərhal yanğınsöndürənlərə zəng edib.

Hadisə yerinə gələn qruplar ilanı cipin altından birtəhər çıxara biliblər. Daha sonra ilan öz təbii mühitinə buraxılıb.

Aysun / Demedia.az