Livandan Qəzza ilə bağlı açıqlama
Livanın Baş naziri Naguib Mikati, İsrailin həyata keçirdiyi dağıdıcı hərəkatın tarixdə görünmədiyini bildirib.
Demedia.az xəbər verir ki, o bu hərəkatın Livanın cənubunda həyata keçirildiyini və bunun Qəzzanı dağıtmaq planının bir hissəsi olduğunu bildirib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzzada hərtərəfli atəşkəs üçün qəbul etdiyi 2735 saylı qətnaməyə toxunan Mikati, dünya ölkələrini bütün gücləri ilə müdaxilə etməyə çağırıb. Naguib Mikati İsrailin Livana hücumlarının törətdiyi dağıntıların Livanın təhsil, səhiyyə, inkişaf və kənd təsərrüfatı sahələrinə böyük ziyanı olduğunu bildirib.
Bahadur Seyidov