Fransız komediya aktyoru Netanyahunu tənqid etdiyinə görə işdən qovulub



 10:48 12.06.2024     410

Fransız komediya aktyoru Guillaume Moris İsrailin baş naziri Binyamin Netanyahuya ünvanladığı tənqidi fikirlərə görə “Radio France” radiosundakı işindən qovulub.

Demedia.az xəbər verir ki, fransız komediya ustası Moris “Radio France”a bağlı “Radio İnter”də yayımlanan proqramda Qəzzaya hücumlarını davam etdirən İsrail baş naziri Netanyahunu tənqid edən yumoristik açıqlamalar verib. O açıqlamalarına görə işindən qovulub. “Radio France” bildirib ki, böyük səhvə görə komediyaçının əmək müqaviləsi vaxtından əvvəl dayandırılıb.

Bahadur Seyidov