PEYĞƏMBƏR YAŞINA KEÇƏN İLHAM



 11:58 12.06.2024     366

20 Yanvar tariximizin faciəli günü olmaqla bərabər, həm də şərəf və qürur səhifəsidi.

Bu şərəf və qürur gününü bizə bəxş eləyən mübarək ruhlu şəhidlərimiz sırasında o da var - 1962-ci ilin bu günü anadan olan İlham Allahverdiyev. Bilirsiniz, onu heç vaxt tək yad etmirik. İlhamı xatırlayanda mütləq Fərizəni, Fərizəni xatırlayanda da mütləq İlhamın adını çəkirik. Adətən belə şəkildə: 20 yanvar şəhidləri İlham-Fərizə! Məhz buna görə, məmləkətimizin gözəl insanları onların toy günlərini – 30 iyunu Sevgi və sədaqət Günü kimi qəbul elədi.

Bu gün İlhamın 62 yaşı tamam olur, İlham keçir Peyğəmbər yaşına. Qərinələr ötəcək, əsrlər dolanacaq, törəmiz var olacaq, inşallah, bütün şəhidlərimiz kimi o da də qəlblərdə yaşayacaq. 63 yaşın qutlu olsun, Tanrı səni salamat saxlasın Vətənin, xalqımızın, Fərizənin qeyrətli İlhamı!

İLHAM TUMAS

1

1