Xərçəngin aşkarlanması üçün xüsusi proqram hazırlanıb
Xərçəngin aşkarlanması üçün hazırlanmış süni intellektə əsaslanan kompüter proqramı hazırlanıb.
Demedia.az xəbər verir ki, proqramı şotlandiyalı tədqiqatçılar hazırlayıblar.
Qeyd edilib ki, Qlazqo Universitetinin süni intellekt mütəxəssisləri və xərçəng alimləri qrupu xərçəng xəstəliklərinin diaqnozunu asanlaşdırmaq üçün süni intellekt texnologiyasından istifadə edib.
Tədqiqatçılar "Histomorfoloji Fenotip Öyrənmə" (HPL) adlı proqramla xərçəng diaqnozunu daha asan və daha sürətli edə biləcəklərini açıqlayılar.
Tədqiqat çərçivəsində ABŞ Xərçəng İnstitutunun Xərçəng Genom Atlası verilənlər bazasında olan 452 xəstənin ağciyər toxuması nümunələrinin minlərlə yüksək keyfiyyətli görüntüləri toplanıb. Tədqiqatçılar şəkilləri təhlil etmək və şəkillərdəki nümunələri aşkar etmək üçün öz-özünə təlim alqoritmi hazırlayıblar.
O, görüntüləri minlərlə kiçik kvadrata bölən alqoritmin toxuma nümunələrində hüceyrələrin vizual xüsusiyyətlərini tanımaq və təsnif etmək prosesində özünü məşq edərək 99 faiz dəqiqliklə fərqləndirə biləcəyini müəyyən edib.
Digər tərəfdən, tədqiqatçılar bu süni intellekt sistemi ilə döş və prostat vəzi kimi 10 xərçəng növündə ardıcıl nəticələr əldə ediblər.
Bahadur Seyidov