ABŞ prezidenti Baydenin oğlu Hunter Bayden təqsirli bilinib



 14:25 12.06.2024     306

ABŞ tarixində ilk dəfə olaraq vəzifədə olan prezidentin oğlu ona qarşı ittihamlarla hakim qarşısına çıxıb.

Demedia.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden qanunsuz silah sahibliyi ilə bağlı ona qarşı irəli sürülən hər üç ittiham üzrə təqsirli bilinib.

Məhkəmə təqsirli bilinən Hunter Baydenə 25 ilə qədər həbs cəzası vermək səlahiyyətinə malik olsa da, cinayətin ilk dəfə törədilməsi kimi amillər cəzanın azaldılmasına imkan yaradacaq.

Bahadur Seyidov