Aİ mübahisəli və tənqid olunan yeni immiqrasiya qaydaları üçün yol xəritəsi təqdim edib
Avropa İttifaqı Komissiyası illərlə davam edən müzakirələrdən sonra qəbul edilən, lakin mürəkkəb təcrübələri ehtiva edən Miqrasiya və Sığınacaq üzrə yeni Sazişə dair üzv ölkələr üçün hazırladığı yol xəritəsini açıqlayıb.
Demedia.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının açıqlamasına görə, yeni Miqrasiya və Sığınacaq Müqaviləsi ilə bağlı kompleks qanunvericilik tənzimləmələrinin həyata keçirilməsi üçün işlərə başlanılıb. Komissiyanın qəbul etdiyi “Miqrasiya və Sığınacaq üzrə Saziş üzrə Birgə İcra Planı” bütün üzv dövlətlərin 2026-cı ilin ortalarına qədər yeni qanunvericiliyin tətbiqinə başlamaq üçün hüquqi və əməliyyat yol xəritəsini müəyyən edir. Plan bir-biri ilə əlaqəli olan və eyni vaxtda həyata keçirilməli olan praktiki addımları ehtiva edir.
Bahadur Seyidov