ABŞ Ukraynanın Azov briqadasına tətbiq etdiyi silah qadağasını ləğv edib
Amerika Birləşmiş Ştatlar Ukraynanın Azov briqadasına tətbiq etdiyi silah qadağasını ləğv edib.
Demedia.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən sözçüsü BBC-yə bildirib ki, Ukraynanın Azov briqadasının insan haqlarını pozub-pozmaması ilə bağlı araşdırma aparılıb.
Araşdırmalardan sonra briqadada hər hansı insan hüquqları pozuntusuna yol verilmədiyi qeyd edilib. Sözçü bildirib ki, bundan sonra hökumət briqadanın ABŞ-dan silah dəstəyi almasına mane olan qadağanı aradan qaldırıb. Azov briqadasının qərarla bağlı verdiyi açıqlamada “ABŞ-dan silah və hərbi təlim almaq Azovun hərbi potensialını gücləndirəcək, həm də briqadadakı insanların sağlamlığını və həyatını qoruyacaq” deyə bildirilib.
Bahadur Seyidov