Avropda 90 milyondan artıq insan yoxsuldur



 14:00 13.06.2024     309

Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ildə Avropa İttifaqı (Aİ) ölkələrində yoxsulluq və sosial təcrid riski altında yaşayanlar haqqında məlumat dərc edib.

Demedia.az xəbər verir ki, keçən il Aİ-də əhalinin 21 faizi yoxsulluq və ya sosial təcrid riski ilə üzləşib.

Aİ ölkələrində 94,6 milyon insan yoxsulluq həddində yaşayırdı.

Yoxsulluq həddində yaşayan insanların nisbətinin ən yüksək olduğu ölkələr yüzdə 32 ilə Rumıniya, yüzdə 30 ilə Bolqarıstan, yüzdə 27 ilə İspaniya və 26 faizlə Yunanıstan olub.

Yoxsulluğun və ya sosial təcridin ən aşağı olduğu ölkələr 12 faizlə Çexiya, 14 faizlə Sloveniya, 16 faizlə Finlandiya və Polşa olub.

Yoxsulluq səviyyəsi Almaniyada 21,3 faiz, Fransada 20,4 faiz, İtaliyada isə 22,8 faiz təşkil edib.

Bahadur Seyidov