Artrozun müalicəsi nə qədər effektlidir - Video



 12:19 13.06.2024     421

 

Artroz patoloji, radioloji və ya kliniki olaraq oynaq qığırdağının degenerasiyası sonrasında əmələ gələn eroziya, qığırdaq dağılması, sümük kənarlarında ostefitlər, subxondral skleroz və kistalar ilə birlikdə sinovya və oynaq kapsulunda meydana gələn biokimyəvi və morfoloji dəyişikliklərlə xarakterizə olunan xroniki xəstəlikdir.

Artroz zamanı patoloji proses yalnız qığırdağı deyil, həm də qonşu anatomik strukturları (kapsul, bağlar, sinovial qişa, qığırdağın altında yerləşən sümük strukturları və oynaqətrafı əzələlər) da əhatə edir.Artroz oynaqların geniş yayılmış xəstəliyidir. Birləşmiş Ştatlarda bu xəstəlik əhalinin 7%-də müşahidə olunur. Rusiya mütəxəsisləri də oxşar rəqəmləri səsləndirirlər. Ölkəmizdə də bənzər nəticələr bildirilir. Qadınlar və kişilər artrozla eyni intensivlikdə xəstələnirlər; lakin cavan xəstələr arasında kişilər; yaşlılar arasında isə qadınlar üstünlük təşkil edir. Xəstəliyin yayılması ilə bağlı ümumi mənzərədən fərqli olaraq falanqalararası oynaqların artozu qadınlarda kişilərlə müqayisədə 10 dəfə daha çox görülür. Yaş artdıqca artroz riski də artır. 45 yaş altı insanların 2%-də, 45-64 yaş arası insanların 30%-də və 65 yaş üstü insanların 65-85%-də artroz təyin olunur. Yayılmasına görə ilk yerləri əldarağının kiçik oynaqlarının, birinci ayaqdarağı-falanqa oynağının, onurğanın bel və boyun nahiyəsinin, həmçinin bud-çanaq və diz oynaqlarının artrozları tutur. Lakin pasiyentin həyat səviyyəsinə və əmək qabiliyyətinə mənfi təsirinə görə böyük və orta oynaqların artrozları daha böyük kliniki əhəmiyyətə malikdir.

Alqoloq Vüsal Eyvazov mövzu haqqında videoda ətraflı məlumat verib.

Demedia.az Vüsal Eyvazov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az