Bu xəbər onun pərəstişkarlarını kədərləndirəcək!



 17:20 13.06.2024     232

Futbol tarixinin ən yaxşı futbolçularından sayılan və futbolçu karyerasının son dövrünü MLS-in İnter Mayami komandasında davam etdirən Lionel Messi karyerasını bitirmə ehtimalı və futbolu tərk edəcəyi komanda ilə bağlı diqqət çəkən açıqlamalar verib.

Demedia.az xəbər verir ki, ESPN-ə danışan Messi, "Məşqlərdə və matçlarda əylənirəm. Bütün həyatım boyu bunu etmişəm. Özümü futbolu tərk etməyə hazır hiss etmirəm. Hər şeyin bir gün bitəcəyi qorxusu həmişə mənimlədir" deyib.
Səmimi açıqlamalar verən argentinalı ulduz, pərəstişkarlarını üzəcək təqaüd qərarını "İnter Mayami mənim son klubum olacaq" sözləri ilə açıqladı. O, karyerası ərzində Barselona, ​​PSJ və İnter Mayami formalarında 904 oyun keçirib və 735 qol və 355 məhsuldar ötürmə edib.