Saç əkdirmək üçün getdiyi xəstəxanadan ölü çıxdı - VİDEO



 23:09 13.06.2024     800

Türkiyədə dəhşətli hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, saç əkdirmək üçün Kahramanmaraşdan Qaziantepə gələn Yasin Dibo (45) əməliyyatdan sonra dünyasını dəyişib. İnfarkt keçirdiyi bildirilən Dibonun yaxınları xəstəxana rəhbərliyindən şikayətlənib.

Hadisə dünən günorta saatlarında Qaziantepdə özəl xəstəxanada baş verib. Kahramanmaraşda yaşayan Suriya əsilli Yasin Dibo saç əkimi üçün xəstəxanaya gəlib. Dibo səhər xəstəxanada çəkdirdiyi şəkilləri mobil telefonundan ailəsinə göndərib. Xəstəxana rəsmiləri Yasin Dibonun ölümünü 5 saat sonra ailəsinə çatdırıb. İnfarktdan öldüyü bildirilən Dibonun ailəsi onun səhhətində heç bir problem olmadığını bildirib və polisə şikayət edib. 5 uşaq atası Yasin Dibonun cansız cəsədi yarılmadan sonra dəfn olunmaq üçün yaxınlarına təhvil verilib.

Aysun / Demedia.az