Məşhur ada sular altında qalacaq – Alimlər xəbərdarlıq etdi



 10:15 14.06.2024     394

Alimlərin fikrincə, Qədim Yunanıstanın ən mühüm mədəni irslərindən biri olan Delos adası Egey dənizinin dərin sularının altında qalacaq.

Demedia.az xəbər verir ki, arxeoloqlar 10 il ərzində adanın bəzi yerlərində dəniz səviyyəsinin 20 metrə qədər qalxdığını bildiriblər.

Qeyd edilib ki,  su səviyyəsinin yüksəlməsi səbəbindən eroziyaya uğrayan və dağılan Delos strukturları təxminən 50 ildən sonra yox olmağa məhkumdur.

Almlər xəbərdarlıq edirlər ki, daş aslanlarla qorunan məbədləri ilə tanınan bölgə, iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin qalxması səbəbindən əbədi olaraq yox ola bilər.

Bahadur Seyidov