İtaliyada yumruqlu deputat davası



 11:28 14.06.2024     346

İtaliyada parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında iqtidar və müxalifət deputatları arasında dava zamanı müxalifətçi deputat yumruqlanıb.

Demedia.az xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərə görə, Nümayəndələr Palatasının Baş Assambleyasında Giorgia Meloni başçılıq etdiyi sağçı koalisiya hökumətinin təklif etdiyi və regional hökumətlərə daha çox muxtariyyət verilməsini nəzərdə tutan qanun layihəsi ilə bağlı müzakirələr olaylı keçib.

Danışıqlar davam edərkən müxalifətdə olan 5 Ulduz Hərəkatının millət vəkili Leonardo Donno, Liqa Partiyasından Regional Məsələlərdən Məsul Nazir, qanun layihəsinin memarı Roberto Kalderoliyə gələrək İtaliya bayrağını açıb.

Hakim partiyalardan olan deputatlar Donnonun bu addımına sərt reaksiya verib, bəzi deputatlar isə müxalifətçi Donnoya yumruq zərbələri endiriblər.

Bahadur Seyidov