Tərəvəz və meyvələri 1 ay saxlayır - Un torbasını atmayın



 21:34 14.06.2024     805

Məhsulları soyuducuda saxlamaq üçün bir çox hiylə var. Kimisi onu yumadan, kimisi yuyaraq saxlayır. Ancaq bəzən meyvə və tərəvəzlərin tez çürüməsinin qarşısını ala bilmirik. Verəcəyimiz məsləhət bu problemi tamamilə həll edir.

Demedia.az xəbər verir ki, meyvə və tərəvəzləri qorumaq vacibdir, xüsusən hər ay alış-veriş edirsinizsə və onları ən azı 15 gün istehlak edə bilsəniz.

Ancaq bəzən biz alınan meyvə-tərəvəzin çox tez çürüdüyünün şahidi oluruq. Bu problemi həll etmək üçün müxtəlif üsullar sınanır.

Bəziləri meyvə-tərəvəzləri yuduqdan sonra salfetkaya büküb saxlama qabına qoyur, bəziləri isə yumadan tozsoranlayıb saxlayır. Ancaq daha əvvəl düşünmədiyiniz bir üsulla işiniz çox asanlaşacaq.

Artıq un paketlərindən qəhvəyi kağızı atmırıq. Əsasən unun həşəratlara yoluxmaması üçün istehsal edilən bu kağızlar meyvə və tərəvəzləri də uzun müddət qoruyur.

Alıb qaba tökdüyünüz unun kağızını atmayın. Qalan qəhvəyi hissəni undan təmizləyin və soyuducunuzun tərəvəz bölməsinə qoyun.

Əvvəllər yuyulmuş və qurudulmuş tərəvəz və meyvələrinizi bu qəhvəyi kağızın üzərinə qoyun.

Bu üsulu sınaqdan keçirənlər deyirlər ki, tərəvəz və meyvələr 1 ay toxunulmaz qalır.

Aysun / Demedia.az