80 yaşlı kişi ilə evləndi: "O, zəngin deyil, sadəcə pensiyası var"



 22:36 14.06.2024     932

Qocalar evində tanış olduğu 80 yaşlı kişi ilə ailə quran 23 yaşlı gənc qadının hekayəsi bütün dünyada səs-küy yaratdı.

Demedia.az xəbər verir ki, dünyanın ən sıx məskunlaşdığı ölkələrdən biri olan Çində insanı heyrətləndirən bir hadisə baş verib. 23 yaşlı gənc qadın 80 yaşlı qoca ilə evlənib. Yerli mətbuatın "inanılmaz sevgi hekayəsi" olaraq verdiyi xəbərlərdə cütlüyün adı açıqlanmayıb. İkisi ortaq hobbilərinə görə qocalar evində qalan kişi ilə əlaqə saxlayıb və qısa müddətdə dost olublar, daha sonra sevgili olublar. 57 yaş fərqinə baxmayaraq heç bir problem yaşamadıqlarını deyən gənc qadın ərinin mehribanlığından və alicənablığından çox təsirləndiyini bildirir.

Ərinin yalnız pensiyası olduğunu, sərvətinin olmadığını iddia edən gənc qadın bu prosesdə ailəsinə belə qarşı çıxdığını, lakin sevgisindən əl çəkmədiyini deyir. Məqsədinin sevginin gücünü bütün dünyaya duyurmaq olduğunu bildirən qadın, Çin mediasında tez-tez manşetlərə çıxmaqdan narahat olmadığını bildirib.

Ərinin işləmədiyi və dolanmaqda çətinlik çəkdiyi üçün bəzən iki işdə belə işlədiyini xatırladan 23 yaşlı gənc qadın yeganə arzusunun ölənə qədər ərinin yanında olması olduğunu bildirib.

Aysun / Demedia.az