İtaliyanın baş naziri ABŞ Prezidenti ilə görüşdü
İtaliyanın baş naziri Corgia Meloni və ABŞ Prezidenti Co Bayden G7 Liderlər Zirvəsi çərçivəsində keçirdikləri ikitərəfli görüşdə Qəzzada atəşkəs müzakirə ediblər.
Demedia.az xəbər verir ki, bu barədə İtaliyanın Baş nazirliyindən açıqlama verilib. Açıqlamada Meloni və Baydenin iki ölkə arasındakı əlaqələri, həmçinin Yaxın Şərqdəki prosesləri və Rusiya-Ukrayna müharibəsini müzakirə etdiyi bildirilib. Bəyanatda qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi kontekstində NATO-nun Vaşinqtonda keçiriləcək Sammiti nəzərə alınmaqla Kiyevə dəstək üçün birgə səylər, o cümlədən maliyyə dəstəyi müzakirə edilib.
Bahadur Seyidov