Putin danışıqlar üçün şərtini açıqlayıb



 22:47 14.06.2024     302

Rusiya Prezidenti Vladimir Putin İsveçrədə keçiriləcək Ukrayna sammitindən əvvəl danışıb.

Demedia.az xəbər verir ki, o bildirib ki, Ukrayna Donetsk, Luqansk, Xerson və Zaporojyadan qoşunlarını çıxarsa və NATO-ya üzv olmaq istəyindən əl çəkərsə, danışıqlara başlaya bilərlər. Putin, "Bu gün biz Ukraynaya yenidən real sülh təklifi veririk. Biz məsələni dondurmaq deyil, müvəqqəti atəşkəs yaratmağı və münaqişələrə son qoymağı təklif edirik” deyə bildirib.

O, Ukraynanın NATO-ya üzv olmaq məqsədlərindən əl çəkəcəyi və Ukrayna qoşunlarının Rusiyanın Ukraynada ilhaq etdiyi dörd bölgədən çıxacağı təqdirdə Rusiyanın atəşkəs elan edəcəyini və sülh danışıqlarına başlayacağını açıqlayıb.

Bahadur Seyidov