Hizbullah İsrailin hərbi hədəflərinə hücum etdiyini açıqlayıb.
Hizbullah hərəkatı Livanın cənubundan İsrailin sərhəddəki hərbi hədəflərinə hücum etdiyini açıqlayıb.
Demedia.az xəbər verir ki, Hizbullah İsrailə qarşı hücumlarla bağlı açıqlama verib. Açıqlamada Livana aid olan, lakin İsrailin işğalı altında olan Kəfr Şuba təpəsindəki Ramsa və əl-Smaki hərbi mövqelərinin idarə olunan raketlə vurulduğu bildirilib. İsrail əsgərlərinin toplanma məntəqələri olan Hale Varde bölgəsi və Metula qəsəbəsinə də raketlərlə hücum edildiyi bildirilib. Fəsadlar barədə məlumat verilməyib.
Bahadur Seyidov