İsrailin Fələstin administrasiyası adına toplanan vergiləri geri qaytarmalıdır - ABŞ



 20:42 14.06.2024     323

İsrailin Fələstin administrasiyası adına toplanan vergiləri ələ keçirməsi uyğun deyil və vergi pulları dərhal Fələstin rəhbərliyinə köçürülməlidir.

Demedia.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller belə açıqlama verib. İsrailin maliyyə naziri Bezalel Smotriçin müsadirə edildiyini açıqladığı fələstinlilərə aid pullarla bağlı Miller, "Biz İsrail hökumətinə bu vəsaitlərin Fələstin xalqına aid olduğunu açıq şəkildə bildirdik. Dərhal Fələstin rəhbərliyinə təhvil verilməlidir" deyə bildirib.

Bahadur Seyidov