Ayaqlar qaraciyərin öldüyünü necə göstərir? - 9 əlamətə diqqət! - Video



 11:39 15.06.2024     520

Hər il dünyada 2 mln insan sirroz və qaraciyər xərçəngindən ölür. Qaraciyər xəstəlikləri, əvvəlcə, gizli irəliləyir. Bu orqan heç vaxt ağrı və narahatlıq vermir.

1. Qırmızı-qəhvəyi ləkələr. Bu ləkələrə dizdən aşağıda rast gəlinir. Adətən, onlar xırda, müxtəlif ölçülü, səpkiyə bənzər olurlar. Onların peyda olması qan dövranının pozulmasından, damarların vəziyyətinin pisləşməsindən xəbər verir. Bu cür ləkələr qaraciyər çatışmazlığında meydana gəlir. Çünki bu zaman arterial təzyiq aşağı düşür və damarlar genişlənir. Məsələn, hepatit varsa, yoluxmadan həmən sonra, yaxud xəstəlik xroniki formaya keçdikdə bu ləkələr peyda olur. 2. Damar düyünləri və varikoz. Bunlar dəri səthinə yaxın yerləşən genişlənmiş damarlardır. Kənardan onlar hörümçək toruna bənzəyir. Qaraciyəri xəstə olan insanların ayaqlarında bir neçə düyün paralel olaraq əmələ gəlir. Bəzən isə qaraciyərdəki xəstəliyin xəbərçisi varikoz olur. Damar düyünləri qanda estrogenin miqdarının artmasının həmən ardından meydana çıxır. Estrogen damarları genişləndirir. Hormon hamiləlikdə və ya qaraciyərin xroniki xəstəlikləri zamanı çoxalır. Düyünlər, əksərən, fibroz, sirroz və alkoqol hepatiti haqqında "danışır". Damar düyünlərinin sürətlə çoxalması o deməkdir ki, qaraciyər xəstədir. 3. Daban çatları. Dəri sağlamlığı üçün A və E vitaminləri vacibdir. Amma bu vitaminlərin orqanizm tərəfindən mənimsənilməsində qaraciyərin ferment ifrazının normallığı gərəklidir. Sağlam qaraciyər A və E vitaminlərinin onikibarmaq bağırsaqda lazımi şəkildə mənimsənilməsinin təminatıdır. Çatlamış dabanlar öd suyu ifrazına mane olan xroniki qaraciyər xəstəliklərinə işarə ola bilər. Həmçinin, öd daşının, öd kanalının tutulmasının da carçısı sayılır. Qısası, daban çatı orqanizmdə öd suyu qıtlığından "danışır". Problemi gözardı etsəniz, zamanla öd kisəsi iltihabına, qaraciyər çatışmazlığına və sirroza gətirib çıxara bilər.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az