Sloveniya və Danimarka hesabı heç-heçə edib



 00:15 17.06.2024     227

2024-cü il Avropa Futbol Çempionatında C qrupunun ilk oyununda Sloveniya və Danimarka üz-üzə gəlib.

Demedia.az xəbər verir ki,“Ştutqart Arena”da keçirilən və hər iki komandanın qol vurduğu qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. Matçın 17-ci dəqiqəsində Jonas Uindin gözəl ötürməsi ilə topu tora göndərən Kristian Eriksen komandasını 1-0 önə keçirib. EURO20-də keçirdiyi infarktdan sonra ilk dəfə Danimarka ilə bir turnirdə çıxış edən Eriksen, düz 1100 gün sonra Danimarkanın turnirdəki ilk qolunu vurdu. Matçın ilk hissəsi bu qolla 1:0 hesabı ilə başa çatıb.
Sloveniya bu qola 77-ci dəqiqədə Erik Janzanın cərimə meydançası xaricindən vurduğu qolla cavab verib. Qalan dəqiqələrdə başqa qol olmadığından tərəflər meydandan 1:1 hesabı ilə bərabərliklə ayrılıb.