Övladlarım niyə HƏDƏF LİSEYİNDƏ oxuyur? - 10 SƏBƏB
Hədəf STEAM Liseyi qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək arzusu ilə “Hədəf Kursları” MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsidir.
Lisey STEAM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır. Hədəf STEAM Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir. Balabilgələr üçün müasir tələblərə cavab verən tədris mühitinin yaradılması ilə birlikdə lisey öz təhsil proqramında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq, STEAM konseptini əsas götürür. STEAM mərkəzli məktəb təhsili bütün dünyada sürətlə yayılır və müxtəlif ölkələrin rəsmi və akademik qurumları təhsil sistemlərində STEAM təhsilinin təşviqi və dəstəklənməsi üçün əməkdaşlıq edirlər. UNESCO-nun mühəndisliyə dair hesabatında “mühəndisliyin sosial, iqtisadi və humanitar inkişafın mühərriki” olduğu bildirilir və cəmiyyətlərin inkişafında mühəndisliyin vacibliyinə baxmayaraq, hazırda və yaxın gələcəkdə mühəndis çatışmazlığının bu sahədə inkişafı ləngidən faktor olduğu və olacağı bildirilir. Biz ölkəmizin STEAM təhsili verən ilk liseyini qurmaqla ölkəmizin və dünyamızın inkişafı üçün yaradıcı, düşünən və elmi, mühəndisliyi, texnologiya və riyaziyyatı qarşılıqlı vəhdət halında mənimsəmiş, bilgi çağı olan XXI əsrin yeni nəsil alim və mühəndislərini yetişdirməyi hədəfləyirik. Hədəf STEAM Liseyi Azərbaycanda ilk liseydir ki, STEAM təmayüllü fəaliyyətə başlayıb. 2021-ci ilin iyun ayından etibarən Hədəf STEAM Liseyi İnternational Cambridge School – Beynəlxalq Kembric Məktəbidir. İndi isə elmin, texnologiyanın, mühəndisliyin, sənətin, riyaziyyatın yanına biz bir təbiəti də əlavə etdik. Binamızın ərazisi, geniş həyətyanı və bağ sahəsi olduğu üçün gələcəyin insanlarını təbiətlə təmasda böyütməyi hədəfləmişik. Elm təbiəti öyrənir, təbiət olmadan elmi inkişaf etdirmək mümkün olmazdı. STEAM+N təhsili çərçivəsində balabilgələrimiz öz əkin sahələrində, müxtəlif heyvanların olacağı heyvanat bağçasında elmi görərək, toxunaraq öyrənirlər.
Demedia.az "Demədi Demə" "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.